Bəqərə - 2:196 Həcc və ümrəni Allah üçün tam yerinə yetirin. Sizə əngəl törədərlərsə müyəssər bir qurban göndərin. Qurban, yerinə yetişincəyə qədər başınızı qırxmayın; ancaq xəstə olan və ya başında bir narahatçılığı olanlar, oruc, sədəqə və ya hər hansısa bir ibadətlə fidyə verməlidir. Güvən ortamında, hər kim Həcc zamanına qədər (ehramdan çıxaraq) ümrədən yararlanarsa, müyəssər bir qurban göndərməlidir. Bunu yerinə yetirə bilməyənlər, həcc əsnasında üç gün və (vətəninə) döndükdən sonra da yeddi gün olmaq üzrə toplam on gün oruc tutmalıdır. Bu, ailəsi Müqəddəs Məscid (Kəbə) ətrafında yaşamayanlar üçündür. Allahı dinləyin və bilin ki, Allahın əzabı çətindir.
Qurbanların yerindən məqsəd nədir?
Maidə/5:95 Ey iman edənlər! İhramda ikən (Həcc üçün müqəddəs bölgədə ikən) ov heyvanı öldürməyin. Sizdən kim qəsdən onu öldürərsə cəzası, aranızdan iki ədalətli şəxsin qərarlaşdırmasına əsasən ona uyğun bir ev heyvanı qurban olaraq Kəbəyə göndərməsidir. Yaxud cəza olaraq, yoxsulları doyurması ya da buna uyğun oruc tutması lazımdır. Beləcə etdiyinin vəbalını dadmış olsun. Keçmişdəkiləri Allah əfv etdi. Kim bunu təkrarlayarsa Allah ondan öc alar. Allah Üstündür, Öc Alandır.