Bəqərə - 2:197
Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.
Etdiyiniz hər yaxşılığı Allah bilir:
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Nəhl/16:97
Kişi olsun, qadın olsun, hər kim inanclı olaraq yaxşı bir iş görərsə, ona bu dünyada gözəl bir həyat bağışlayarıq və etdikləri yaxşı işlərə qarşılıq mükafatlarını da tam verərik.
Ənam/6:160
Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qatı vardır. Kim pislik gətirərsə, ancaq gətirdiyinin misli ilə cəzalandırılar və onlara haqsızlıq edilməz.
Bəqərə/2:261
Paralarını (pullarını) Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istəyənə qat-qat artıraraq verir. Allah Comərddir, Biləndir.
Bəqərə/2:265
Allahın razılığını qazanmaq istədikləri və buna razı olduqları üçün paralarını (pullarını) xərcləyənlərin örnəyi, bol yağmur aldığında iki qat məhsul verən, bol yağmur almasa belə narın yağışla kifayətlənən yüksək məhsullu bir bağça örnəyi kimidir. Allah etdiklərinizi görməkdədir.
Səba/34:37
Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.
Tovbə/9:111
Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.
Şura/42:23
Allah, iman edib müttəqi davranan qullarını belə müjdələyir. De ki, "Mən sizdən, əqrəbalıq sevgisindən başqa hər hansısa bir ücrət istəmirəm." Kim bir yaxşılıq işləyərsə, onun yaxşılığını artırarıq. Allah Bağışlayandır, Təqdir Edəndir.