Bəqərə - 2:209 Sizə açıq-aşkar dəlillər gəlməsinə rəğmən doğru yoldan çıxsanız, bilin ki, Allah Üstündür, Hikmət Sahibidir.
Məqsəd; açıq-aşkar dəlillər gəlməsinə rəğmən doğru yoldan çıxarsanız, Allah sizi ortadan qaldırıb, sevdiyi bir camaatı gətirə biləcək üstünlüyə və gücə sahibdir:
Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

Ənam/6:133 Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.

Fatir/35:15 Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə heç kimsəyə möhtac deyildir, Təriflənəndir.
Fatir/35:16 İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.

Məaric/70:40 Məşriqlərin və məğriblərin Rəbbinə and olsun; Bizim gücümüz yetər...
Məaric/70:41 Onları, özlərindən daha yaxşıları ilə dəyişdirməyə... Bizi kimsə məğlub edə bilməz.