Bəqərə - 2:213
İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
Doğru yol nə deməkdir?
Fussilət/41:30
"Rəbbimiz Allahdır," dedikdən sonra doğru yolu izləyənlərin üzərinə mələklər enər, "Qorxmayın, üzülməyin və dəvətli olduğunuz cənnətlə sevinin."
Məryəm/19:36
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."
Ya sin/36:60
Ey Adəmin övladları, şeytana qulluq/xidmət etməyəcəyinizə dair sizdən söz almamışdımmı? O sizin açıq-aydın düşməninizdir.
Ya sin/36:61
Mənə qulluq edin. Bu ən doğru yoldur.
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Zuxruf/43:61
O (İsa), Saat haqqında bir bilgi qaynağı və işarətdir. Elə isə onun (zamanı) haqqında şübhə etməyin və məni izləyin. Doğru yol budur.
Zuxruf/43:64
"Allah mənim Rəbbim və sizin də Rəbbinizdir, sadəcə Ona qulluq etməlisiniz. Ən doğru yol budur."