Bəqərə - 2:213 İnsanlar tək bir topluluq idi. Allah peyğəmbərləri müjdələyici və xəbərdar edici olaraq göndərdi. Və ixtilafa düşdükləri mövzularda insanların arasında hökm etmələri üçün onlarla birlikdə gerçəyi əhatə edən kitabı nazil etdi. Halbuki kitab verilənlər onlara açıq-aydın dəlillər gəldikdən sonra aralarındakı qısqanclıqdan ötrü onun haqqında ixtilafa düşdülər. Fəqət Allah, izni ilə iman edənləri onların ixtilafa düşdüyü gerçəyə yetişdirdi. Allah istədiyini/istəyəni doğru yola yönəldir.
Quran, kitab əhlinin mübahisə etdikləri məsələlər haqqında gerçəyi bildirir:
Maidə/5:27 Onlara Adəmin iki oğlunun hadisəsini doğru anlat. Hərəsi bir qurban nəzir etmişdilər və birindən qəbul edilmiş, digərindən edilməmişdi. "Səni öldürəcəyəm!" - dedi. "Allah ancaq müttəqi olanlardan qəbul edər," dedi.

Kəhf/18:9 Mağaradakıların və onlarla əlaqəli rəqəmlərin marağlı dəlillərimizdən başqa bir şey olduğunumu sandın?
Kəhf/18:13 Onların xəbərini sənə gerçək olaraq anlatırıq. Onlar Rəblərinə iman etmiş gənclər idi. Onların hidayətini artırmışdıq.

Məryəm/19:34 Bax, Məryəm oğlu İsa belə idi. Haqqında şübhəyə düşdükləri mövzunun gerçəyi budur.

Furqan/25:33 Onların sənə yönəltdikləri hər tezisə (iddiaya) qarşı, Biz sənə gerçəyi və ən gözəl açıqlamanı gətirərik.

Qasas/28:3 İman edən bir camaat üçün, Musa ilə Fironun bəzi xəbərini sənə doğru olaraq anlatmaqdayıq.

Nəml/27:76 Bu Quran, İsrail oğullarının hələ də, mübahisəsini etdiyi bir çox mövzunu anlatmaqdadır.

Maidə/5:48 Özündən öncəki kitabları təsdiqləyən, onların yerinə keçən bu kitabı, gerçəklərlə əhatə olunmuş olaraq sənə nazil etdik. Allahın sənə nazil etdiyi ilə aralarında hökm ver. Sənə gələn gerçəkləri buraxıb onların həvəsinə uyma. Hər biriniz üçün bir qanun və üsul müəyyən etdik. Allah istəsəydi hamınızı tək bir camaat edərdi. Ancaq, sizə verdikləriylə sizi sınayır. Yaxşılıq etməkdə yarışın. Hamınızın dönüşü Allahadır. Ayrılığa (ixtilafa) düşdüyünüz mövzuları sizə bildirəcək.