Bəqərə - 2:22
O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.
Göyü necə bir yapı etdi?
Ənbiya/21:30
İnkar edənlər, görmürlərmi ki, göylər və yer bitişik halda idi və Biz onları partlatdıq? Ayrıca hər canlını da sudan yaratdıq. Hələ də iman etməyəcəklərmi?
Rad/13:2
Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.
Rahmən/55:7
Göyü yüksəltdi və ölçünü/tarazlığı qoydu.
Fussilət/41:11
Sonra duman halındakı göyə yönələrək, ona və yerə, "İstəyərək və ya istəməyərək (xaosdan çıxıb) gəlin," dedi. Onlar da, "İstəyərək gəldik," dedilər.
Fussilət/41:12
Beləcə onları iki gündə yeddi göy olaraq tamamladı və hər göyə özünəməxsus qanunları bildirdi. Və Biz ən aşağıdakı göyü isə qəndillərlə və qoruma sistemi ilə təchiz etdik. Bu, Üstün və hər şeyi Bilənin planıdır.
Zəriyət/51:7
Mükəmməl çəkilmiş orbitlərə sahib göyə and olsun ki,
Qaf/50:6
Üstlərindəki göyə baxmadılarmı, onu heç bir çatlağı olmadan necə yaratdıq və onu necə süslədik?
Naziat/79:27
Sizmi, yoxsa göymü yaradılış baxımından daha çətindir? Onu O yaratdı.
Naziat/79:28
Onu oduqca yüksəltdi və nizama saldı.
İbrahim/14:10
Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
Əraf/7:54
Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!
Əhqaf/46:33
Göyləri və yeri yaradan və bunları yaratmaqla yorulmayan Allahın ölüləri dirildə biləcəyini düşünmürlərmi? Bəli, O, hər şeyə Gücü Yetəndir.
Zəriyət/51:47
Göyü gücümüzlə Biz qurduq və onu Biz genişlətməkdəyik.
Ənbiya/21:32
Göyü qorunmuş bir tavan etdik. Buna rəğmən onlar ondakı işarətlərə maraq göstərməməkdədirlər.
Hicr/15:16
Göydə qalaktikalar yerləşdirdik və seyr edənlər üçün onları süslədik.
Mulk/67:5
Ən aşağı göyü qəndillərlə süslədik və onları şeytanlar üçün bir daşlama etdik. Onlara alovlu atəş əzabını hazırladıq.
Nuh/71:16
Ayı bunların içində bir nur, günəşi də bir lampa etdi.
Loğman/31:10
Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.