Bəqərə - 2:22 O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.
Məhsullar hansılardır?
Ənam/6:99 Göydən su endirən Odur. Onunla hər çeşid bitkini yetişdirdik. O bitkidən yetişdirdiyimiz yaşıl maddə ilə də  saysız dənələr çıxardıq. Tumurcuğundan salxımlar sallanan xurma ağacları, üzüm bağları, zeytun və nar kimi bir-birinə bənzəyən və bənzəməyən məhsullar çıxardıq. Hər birinin meyvə vermə zamanında meyvəsinə və yetişməsinə baxın. İman edən bir camaat üçün bunda dəlillər və ibrətlər vardır.


Ya sin/36:33 Ölü torpaq onlar üçün bir ayədir: Onu dirildirik, oradan dənələr çıxardırıq sonra da ondan yeyirlər.
Ya sin/36:34 Orada xurma ağacları və üzümlərdən ibarət bağ və bağçalar yetişdirdik və bulaqlar qaynadıb çıxartdıq.

Nəml/27:60 Göyləri və yeri yaradan, göydən bir su yağdırıb, onunla sizin bir ağacını belə bitirə bilməyəcəyiniz gözəl bağçalar bitirən kimdir? Allah ilə birlikdə başqa bir tanrımı? Doğrusu, onlar azmış bir camaatdır.