Bəqərə - 2:22
O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.
Yer üzünü yaşamağınız üçün əlverişli etdi: Əlaqəli
Bəqərə/2:22
O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.
Ta ha/20:53
O ki yer üzünü sizin üçün yaşayış yeri etdi, sizin üçün onda yollar açdı, göydən bir su endirdi və həmçinin onunla cürbəcür bitkilər bitirdik.
Nəml/27:61
Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.
Ğafir/40:64
Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!
Zuxruf/43:10
O ki, yer üzünü məskunlaşmanız üçün əlverişli etdi və doğru getməniz üçün sizə orada yollar açdı.
Nuh/71:19
Allah yer üzünü sizin üçün bir məskunlaşma yeri etdi.
Nəbə/78:6
Yer üzünü bir beşik etmədikmi?
Mursəlat/77:25
Yer üzünü bir toplanma yeri etmədikmi?
Mursəlat/77:26
Yaşayanlar üçün, ölülər üçün...