Bəqərə - 2:221 Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Atəşə necə çağırırlar?
Ğafir/40:41 "Ey xalqım, nə üçün mən sizi qurtuluşa çağırarkən, siz məni atəşə çağırırsınız?"
Ğafir/40:42 "Siz məni Allaha qarşı nankor olmağa və haqqında bilgim olmayan şeyləri Ona ortaq qoşmağa çağırırsınız. Mən isə sizi O Üstün və Bağışlayıcı olana çağırıram."
Ğafir/40:43 "Şübhəsiz ki, məni özünə çağırdığınız şeyin nə dünyada, nə də axirətdə bir dayanağı yoxdur. Dönüşümüz Allahadır. Həddi aşanlar, cəhənnəmə gedəcəklər."

Hud/11:96 Musanı ayələrimizlə (möcüzə və vəhyimizlə) və qəti bir səlahiyyətlə göndərdik
Hud/11:97 Firon və onun əyanlarına... Ancaq onlar Fironun əmrinə tabe oldular. Fironun əmri isə ağıllıca (doğru yol göstərən) deyildi.
Hud/11:98 Dirilmə günündə xalqının önündə gedib onları atəşə soxacaqdır. Girdikləri yer necə də pis bir məkandır!
Hud/11:99 Burada da, axirətdə də onları lənət təqib edəcəkdir. Aldıqları ərməğan necə də pis ərməğandır!

Zuxruf/43:51 Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52 "Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53 "Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Zuxruf/43:54 Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.

İbrahim/14:22 Qərar yayımlandıqdan sonra şeytan onlara belə dedi: "Allah sizə gerçəyi söz verdi, mən isə sizə söz verdim və sözümdən döndüm. Mənim sizin üzərinizdə heç bir gücüm yox idi; mən sizi çağırdım, siz də mənə qatıldınız. Buna görə məni qınamayın, yalnızca özünüzü qınayın. Nə siz məni qurtara bilərsiniz, nə də mən sizi qurtara bilərəm. Məni ortaq qoşmanızı zatən öncə də inkar etmişdim." Zalımlar üçün ağrılı-acılı bir əzab vardır.

Loğman/31:21 Onlara: "Allahın nazil etdiyinə tabe olun," deyildiyi zaman, "Yox, biz atalarımızı üzərində gördüyümüz yolu izləyərik," deyərlər.  Şeytan onları alovlu atəşin əzabına çağırmış olsa da?

Fatir/35:5 Ey insanlar! Allahın sözü gerçəkdir; Dünya həyatı sizi aldatmasın. Aldadıcı, sizi Allah haqqında aldatmasın.
Fatir/35:6 Şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O partiyasını (öz tərəfdarlarını) sadəcə cəhənnəm əhli olmağa çağırır.

Saffat/37:50 Bir-birilərinə (tərəf) dönüb soruşarlar.
Saffat/37:51 Aralarından biri deyər ki, "Mənim bir yoldaşım var idi."
Saffat/37:53 "Biz torpaq və sümük olduqdan sonra diriləcəyik, eləmi?"
Saffat/37:55 Baxdığında, onu cəhənnəmin ortasında görər.
Saffat/37:56 "Allaha and olsun, az qalsın sən məni də məhv edəcəkdin," deyər.
Saffat/37:57 "Rəbbimin neməti olmasaydı, mən də indi səninlə birlikdə olardım."
Saffat/37:59 "İlk ölüm xaric, cəzalandırılmayacaqdıq hanı?"