Bəqərə - 2:222 Səndən aybaşı halını soruşarlar. De ki: “O narahatçılıq verən bir haldır. Aybaşı halında olan qadınlarla cinsi əlaqəyə girməyin və ondan qurtulana qədər onlara yaxınlaşmayın. Qurtulduqları zaman Allahın sizə uyğun gördüyü yerdən onlarla cinsi əlaqədə olun. Allah yönələnləri və təmizlənənləri sevər."
"Sizə uyğun görülən yerdən cinsi əlaqədə olun.": Məqsəd nədir?
Bəqərə/2:223 Qadınlarınız, (toxum əkdiyiniz) tarlalarınızdır. Tarlanıza istədiyiniz kimi varın. Özünüz üçün gələcəyə hazırlıq görün. Allahı dinləyin və Onunla mütləq qarşılaşacağınızı bilin. İman edənlərə müjdə ver.