Bəqərə - 2:224 İnsanlar arasında yaxşı, müttəqi və dürüst görünmək üçün Allahı andlarınıza alət etməyin. Allah Eşidir, Bilir!
Əlaqəli:
Tovbə/9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.

Nisa/4:62 Etdiklərinin nəticəsi olaraq başlarına bir müsibət gəlsə dərhal sənə gələrək, “Məqsədimiz ancaq yaxşılıq etmək və uzlaşdırmaqdı!”– deyə, Allah adına and içərlər.
Nisa/4:63 Allah onların qəlblərindəkini bilir. Onlara əhəmiyyət vermə, onları aydınlat və özləri barədə onlara təsir göstərə biləcək gözəl sözlər söylə.

Tovbə/9:42 Yaxın bir mənfəət və orta məsafədə bir yolçuluq (səfər) olsaydı, səni izləyəcəkdilər; ancaq çətinlik onlara ağır gəldi. Allaha and içəcəklər: "Gücümüz yetsəydi, sizinlə birlikdə çıxacaqdıq." Beləcə özlərini məhv edirlər. Allah onların yalançı olduqlarını bilir.
Tovbə/9:62 Sizi razı salmaq üçün Allaha and içərlər. Gerçəkdən iman edirlərsə, bilməlidirlər ki, Allah və Elçisi razı edilməyə daha layiqdir.