Bəqərə - 2:226 Qadınlarını boşamaq istəyənlər (doğru bir qərar üçün) dörd ay gözləməlidir. Əgər onlar fikirlərindən dönüb anlaşarlarsa, Allah Bağışlayandır, Rəhmlidir.
Boşanmağı planlaşdıran cütlüyü barışdırmağa çalışın:
Nisa/4:35 Evli cütlüyün aralarının pozulmasından narahatsınızsa, kişinin ailəsindən bir münsif, qadının ailəsindən də bir münsif təyin etməlisiniz. (Arvad və Ər) barışmağı istəyərlərsə, Allah ikisinin arasını birləşdirər. Allah Bilir, Xəbərdardır.