Bəqərə - 2:23 Qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, buna bənzər bir surə gətirin. Doğru sözlüsünüzsə, Allahdan başqa bütün şahidlərinizi də yardıma çağırın.
"Buna bənzər bir surə gətirin.": Əlaqəli ayə
Yunus/10:38 "Onu uydurdumu" deyirlər? De ki: "Doğru sözlülərsinizsə, buna bənzər bir surə gətirin və Allahdan başqa çağıra bildiklərinizi çağırın!"

Hud/11:13 "Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"

İsra/17:88 De ki: "Bütün insanlar və cinlər bu Quranın bir bəzərini əmələ gətirmək məqsədi ilə toplansalar və bu mövzuda bir-birlərinə dəstək olsalar belə onun bir bənzərini əmələ gətirə bilməzlər."

Tur/52:33 Yoxsa, "Onu özü uydurdu" deyirlər? Xeyr, onlar iman etməzlər.
Tur/52:34 Doğru sözlüdürlərsə, bunun bənzəri (olan) bir hədis gətirsinlər.