Bəqərə - 2:230 Qadını yenə (üçüncü dəfə) boşayarsa, qadın başqa birisi ilə evlənmədikcə ona bundan sonra halal olmaz. Allahın qayda-qanununa riayət edəcəklərinə inanırlarsa təkrar bir-birlərinə dönmələrində bir qəbahət yoxdur. Bu Allahın qanunudur; onu bilən bir camaat üçün açıqladıq.
Kim Allahın qanunu pozarsa:
Talaq/65:1 Ey Peyğəmbər, qadınları boşadığınız zaman boşama müddətlərini gözləyin və bu müddəti yaxşıca hesablayın. Rəbbiniz olan Allahı dinləyin. Onları evlərindən çıxartmayın, onlar da çıxmasınlar (pis davranaraq onları buna məcbur etməyin). Ancaq sübut olunmuş bir zina işləmələri bunun xaricindədir. Allahın qanunu budur. Kim Allahın qanununu pozarsa, özünə zülm etmiş olar. Bilməzsən, bəlkə Allah bundan sonra (müsbət) bir iş ortaya çıxarar.