Bəqərə - 2:235
Evlənmə təkliflərinizi o qadınlara bildirmənizdən, ya da bu niyyətinizi içinizdə saxlamağınızdan ötrü sizə bir günah yoxdur. Allah onlar haqqında düşünəcəyinizi bilir. Onlarla uyğun və müttəqi bir şəkildə danışma məqsədindən xaric gizlicə sözləşib görüşməyin. Gözləmə müddətləri bitmədən onlarla nikah bağını qurmağa çalışmayın. Bilin ki, Allah içinizdə olanı bilir; elə isə Ondan çəkinin. Yenə bilin ki, Allah Bağışlayandır, Şəfqətlidir!
Qadınların boşandığı zaman gözləmə müddətləri nə qədərdir?
Bəqərə/2:228
Boşanan qadınlar (başqasıyla evlənmədən öncə) öz-özlərinə üç aybaşı gözləməlidir. Allaha və Axirət gününə iman edirlərsə, Allahın bətnlərində yaratdığını gizləmələri düzgün olmaz. Bu vəziyyətdə (hamilə vəziyyətdə) ərləri barışmaq istəyərlərsə onları geri almağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərindəki haqları kimi, qadınların da kişilər üzərində eyni haqları var. (Hamiləlik vəziyyətində) Kişilərin onların üzərində bir dərəcəsi vardır. Allah Güclüdür, Hikmət Sahibidir.
Talaq/65:4
Menopauza dövrünə girərək aybaşından kəsilən qadınlarınıza gəlincə, şübhəniz varsa, gözləmə müddətləri üç aydır. Aybaşı halı görməyən və hamilə olanların müddəti, yüklərini yerə qoymaları ilə sona yetişər. Kim Allahı dinləyərsə, onun işini asanlaşdırar.