Bəqərə - 2:235 Evlənmə təkliflərinizi o qadınlara bildirmənizdən, ya da bu niyyətinizi içinizdə saxlamağınızdan ötrü sizə bir günah yoxdur. Allah onlar haqqında düşünəcəyinizi bilir. Onlarla uyğun və müttəqi bir şəkildə danışma məqsədindən xaric gizlicə sözləşib görüşməyin. Gözləmə müddətləri bitmədən onlarla nikah bağını qurmağa çalışmayın. Bilin ki, Allah içinizdə olanı bilir; elə isə Ondan çəkinin. Yenə bilin ki, Allah Bağışlayandır, Şəfqətlidir!
Əri ölərsə qadının gözləmə müddəti nədir?
Bəqərə/2:234 İçinizdən ölən kişilərin geridə buraxdığı zövcələri dörd ay və on (gün) gözləyərlər. Müddətlərini bitirincə artıq özləri üçün uyğun olanı etmələrində sizə məsuliyyət yoxdur. Allah etdiklərinizdən Xəbərlidir.