Bəqərə - 2:237 Mehr təyin etdikdən sonra, ancaq onlarla yaxınlıq etməzdən öncə onları boşamışsınızsa, onlara söz verdiyiniz mehrin yarısını verməlisiniz. Ancaq, qadın haqqından vaz keçərsə və ya əri mehrin hamısını vermək istəyərsə başqa... Vaz keçməniz daha müttəqi bir davranışdır. Aranızdakı dostluğu unutmayın. Allah etdiklərinizi Görəndir.
Əlaqəli:
Nisa/4:20 Mövcud arvadınızı buraxıb bir başqa arvadla evlənmək istəyirsinizsə, birincisinə böyük miqdarda mal vermiş olsanız belə ondan heç bir şeyi geri almayın. Saxtakarlıq və iftira edərək və günah işləyərəkmi geri alacaqsınız?
Nisa/4:21 Bir zamanlar bir-birinizin ən yaxın daxili-xarici dostu olmağınıza və sizdən sağlam bir söz almalarına rəğmən necə olur ki, onu geri alırsınız?