Bəqərə - 2:24 Bunu edə bilməsəniz, – əsla edə bilməyəcəksiniz – o təqdirdə inkarçılar üçün hazırlanan və yanacağı insanlar ilə daşlar olan atəşdən çəkinin.
Buna bənzər bir surə gətirin: Əlaqəli ayə
Yunus/10:38 "Onu uydurdumu" deyirlər? De ki: "Doğru sözlülərsinizsə, buna bənzər bir surə gətirin və Allahdan başqa çağıra bildiklərinizi çağırın!"

Hud/11:13 "Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"

Tur/52:33 Yoxsa, "Onu özü uydurdu" deyirlər? Xeyr, onlar iman etməzlər.
Tur/52:34 Doğru sözlüdürlərsə, bunun bənzəri (olan) bir hədis gətirsinlər.

İsra/17:88 De ki: "Bütün insanlar və cinlər bu Quranın bir bəzərini əmələ gətirmək məqsədi ilə toplansalar və bu mövzuda bir-birlərinə dəstək olsalar belə onun bir bənzərini əmələ gətirə bilməzlər."