Bəqərə - 2:243 Sayları minlərlə olduqları halda ölüm qorxusuyla yurdlarını tərk edənlər diqqətini çəkdimi? Allah onlara: “Ölün!”– dedi və sonra onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır; ancaq insanların çoxu şükür etməz.
İman edənlər, ancaq təzyiq və zülmə qarşı qoya biləcək gücləri yoxdursa köç (hicrət) etməlidir:
Əraf/7:88 Xalqının təkəbbürlü öncüləri, "Şueyb, ya səni və səninlə bərabər iman edənləri şəhərimizdən sürgün edəcəyik, ya da dinimizə geri dönərsiniz!" dedilər. O da belə dedi: "Biz istəməsək də, eləmi?"

İbrahim/14:13 İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,

Məryəm/19:46 (Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47 (İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."

Həşr/59:8 Allahın lütf və rizasını axtardıqları, Allahı və elçisini dəstəklədikləri üçün yurdlarından və mallarından məhrum edilən mühacirlərin fəqirlərinə (öncə onlara verməlisiniz). Doğru olanlar bunlardır.

Həcc/22:40 Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.

Nəhl/16:110 Sonra Rəbbin, təzyiqə məruz qaldıqdan sonra köç (hicrət) edən, cihad edən və müqavimət göstərənlər üçün, bəli sənin Rəbbin, şübhəsiz onlar üçün Bağışlayandır, Rəhmlidir.
Nəhl/16:41 Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...

Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”