Bəqərə - 2:254
Ey iman edənlər! Nə alış-verişin, nə dostluğun və nə də şəfaətin (vasitəçiliyin) olmadığı gün gəlmədən öncə sizə verdiklərimizdən paylayın. İnkar edənlər zalımlardır.
O gün vasitəçilik (şəfaət) qəbul edilməz:
Səcdə/32:4
Allah göyləri, yeri və aralarındakıları altı gündə yaradan və sonra bütün hökmranlığını qurandır. Sizin üçün Ondan ayrı bir vəli (sahib) və şəfaətçi (vasitəçi) yoxdur. Öyüddən anlamırsınız?
Yunus/10:18
Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."
Rum/30:12
Saatın gerçəkləşdiyi gün günahkarlar şok olarlar.
Rum/30:13
Qoşduqları ortaqlarından da onlara şəfaət edən heç bir kimsə çıxmaz; ortaqlarını inkar edərlər.
Zumər/39:43
Allahdan başqa şəfaətçilərmi qəbul etdilər? De ki, "Onlar heç bir şeyə sahib deyillərsə və düşünə bilmirlərsə də, eləmi?"
Zumər/39:44
De ki, "Bütün şəfaət Allaha aiddir." Göylərin və yerin hökmranlığı Ona aiddir. Sonra Ona döndəriləcəksiniz.
Ğafir/40:18
Onları yaxınlaşan gün haqqında xəbərdar et, o zaman ürəklər qırtlaqlarda dayanmışdır, udqunurlar. Zalımlar üçün nə bir dost, nə də sözü dinlənilən bir şəfaətçisi vardır.
Ənam/6:70
Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.