Bəqərə - 2:254
Ey iman edənlər! Nə alış-verişin, nə dostluğun və nə də şəfaətin (vasitəçiliyin) olmadığı gün gəlmədən öncə sizə verdiklərimizdən paylayın. İnkar edənlər zalımlardır.
Alış-verişin olmadığı gün:
Bəqərə/2:48
Elə bir gündən çəkinin ki, heç kəs heç kəsin yerinə bir şey ödəyə bilməz, vasitəçilik (şəfaət) qəbul edilməz, heç kəsdən bir fidyə alınmaz və yardım da edilməz.
Ali İmran/3:91
İnkar edib inkarçı olaraq ölənlər, dünya dolusu qızılı fidyə olaraq versələr belə, onlardan qəbul edilməyəcəkdir. Onlar ağrılı-acılı bir əzaba layiqdirlər və heç bir yardımçıları da olmayacaq.
Məaric/70:11
Bir-birlərinə göstərilərlər. Günahkar, o günün əzabından qurtulmaq üçün fidyə vermək istəyər: Oğullarını,
Məaric/70:12
Həyat yoldaşını, qardaşını,
Məaric/70:13
Onu yetişdirən bütün əqrəbalarını,
Məaric/70:14
Və yer üzündə olan hər kəsi ki, qurtulsun.
Maidə/5:36
İnkar edənlər, yer üzündəkilərin hamısına və bir o qədərinə də sahib olsaydılar və onları dirilmə gününün əzabından qurtulmaq üçün fidyə versəydilər onlardan qəbul edilməzdi. Onlara ağrılı-acılı bir əzab var.
Zumər/39:47
Zalımlar, yerdəkilərin hamısına və üstəlik bir o qədərinə də sahib olsaydı, Dirilmə Gününün o müdhiş əzabından qurtulmaq üçün onu fidyə olaraq verəcəkdilər. Onlara, Allah tərəfindən heç gözləmədikləri bir şey göstəriləcəkdir.
Yunus/10:54
Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.
Rad/13:18
Rəblərinin dəvətini qəbul edənlər gözələ layiq olarlar. Onun dəvətini qəbul etməyənlər isə, yer üzündə olanların hamısına və bir o qədərinə də sahib olsalar belə qurtulmaq üçün hamısını fidyə olaraq verməyə hazır olacaqlar. Sorğu-sual olunmanın ən pisi onlar üçündür və yerləri cəhənnəmdir; necə də fəlakətli qalınacaq yerdir o!
Hədid/57:14
"Biz sizinlə birlikdə deyildikmi?" deyə onlara səslənərlər. "Bəli," deyərlər. "Ancaq siz özünüzü aldatdınız, gözlədiniz, şübhələr bəslədiniz və Allahın qərarı gəlincəyə qədər yersiz və yanlış düşüncələrlə özünüzü məşğul edib zamanınızı xərclədiniz. Aldadıcı, sizi Allah haqqında yanıltdı.
Hədid/57:15
Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.
Loğman/31:33
Ey insanlar! Rəbbinizi dinləyin, atanın övladına yardım edə bilməyəcəyi və övladın da ataya yardım edə bilməyəcəyi gündən qorxun. Allahın sözü gerçəkdir. Dünya həyatı sizi aldatmasın. Aldadıcılar, sizi Allah ilə aldatmasınlar.
Bəqərə/2:123
Kimsənin kimsə üçün bir şey ödəyə bilmədiyi, heç kimsədən fidyə alınmadığı və heç kimsəyə şəfaətin (vasitəçiliyin) fayda vermədiyi və yardımın kəsildiyi bir gündən çəkinin.