Bəqərə - 2:255 Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.
Allah, göylərin və yerin xaosa girməsini əngəlləməkdədir:
Fatir/35:41 Allah, göyləri və yeri xaosa girməkdən qorumaqdadır. Xaosa girsələr Ondan başqa kim onu əngəlləyə bilər? O Şəfqətlidir, Bağışlayandır.

Həcc/22:65 Allahın yerdəki şeyləri və əmri ilə dənizdə axıb gedən gəmiləri xidmətinizə verdiyini və göyü, izni olmadan yerin üzərinə düşməkdən qoruduğunu görmürsənmi? Allah insanlara qarşı Şəfqətlidir, Rəhmlidir.

Rum/30:25 Göyün və yerin Onun əmri ilə ayaqda durması da Onun ayələrindəndir. Sonra sizi yerdən bir tək çağırışla çağırdığı vaxt siz çıxacaqsınız.


Loğman/31:29 Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?

Ya sin/36:38 Günəş müəyyən edilmiş öz yolunda axıb getməkdədir. Bu Üstün və Hikmət Sahibi Olanın qurduğu bir nizamdır.
Ya sin/36:39 Aya da, quru bir xurma budağına dönüşüncəyə qədər müxtəlif mərhələlər müəyyən etdik.
Ya sin/36:40 Nə günəş aya yetişə bilər, nə də gecə, gündüzü keçə bilər. Hər biri bir orbitdə üzüb getməkdədir.

Bəqərə/2:255 Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.

Fussilət/41:11 Sonra duman halındakı göyə yönələrək, ona və yerə, "İstəyərək və ya istəməyərək (xaosdan çıxıb) gəlin," dedi. Onlar da, "İstəyərək gəldik," dedilər.
Fussilət/41:12 Beləcə onları iki gündə yeddi göy olaraq tamamladı və hər göyə özünəməxsus qanunları bildirdi. Və Biz ən aşağıdakı göyü isə qəndillərlə və qoruma sistemi ilə təchiz etdik. Bu, Üstün və hər şeyi Bilənin planıdır.