Bəqərə - 2:257
Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.
Allah iman edənlərin hakimi və dostudur:
Bəqərə/2:257
Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.
Bəqərə/2:286
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”
Ali İmran/3:68
İnsanların İbrahimə ən yaxın olanları, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah iman edənlərin Hökmdarı və Dostudur.
Ənam/6:18
O Öz qullarına tamamilə hakimdir. O, Hikmət sahibidir, Xəbərdardır.
Ənam/6:61
O Öz qullarına tamamilə hakimdir və üzərinizə qoruyucu mələklər göndərir. Sizdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını (o an) vaxt itirmədən alarlar.
Əraf/7:158
De ki: "Ey insanlar, mən, hamınız üçün, göylərin və yerin hökmranlığına sahib olan Allahın elçisiyəm. Ondan başqa tanrı yoxdur. Dirildir və öldürür." Allaha və ümmi olan elçisinə iman edin, Necə ki, o da Allaha və sözlərinə iman etməkdədir. Ona tabe olun ki, doğrunu tapa biləsiniz.
Ənfal/8:40
Dönərlərsə, bilin ki, Sahibiniz Allahdır. O, ən yaxşı Mövla (Hakim/Dost/Qoruyucu) və ən yaxşı Yardımçıdır.
Tovbə/9:116
Göylərin və yerin hökmranlığı Allaha aiddir. Dirildir və öldürür. Sizin üçün Allahdan başqa nə bir sahib, nə də bir yardımçı yoxdur.
Şura/42:28
Ümidlərini kəsmələrindən sonra yağmuru endirən və rəhmətini yayandır. O, Tərifəlayiq bir Dostdur.