Bəqərə - 2:26 Allah bir ağcaqanadı hətta onun üzərindəkini örnək verməkdən çəkinməz. İman edənlər, bunun Rəblərindən gələn bir gerçək olduğunu bilər. İnkar edənlər isə "Allah bu bənzətmə ilə nə demək istədi," deyərlər. O, bununla bir çox kəsi azdırar və bir çox kəsi də doğruya yetişdirər. O, bununla sadəcə fasiqləri azdırar.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.