Bəqərə - 2:263 Gözəl bir söz və xoş rəftar, ardından qürur qırıcı davranışlar gətirən bir yardımdan daha xeyirlidir. Allah Zəngindir, Şəfqətlidir.
Allah zəngindir:
Hədid/57:10 Sizə nə olur ki, Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin zənginlikləri Allahındır. Zəfərdən öncə xərcləyib savaşanlarınız, daha sonra xərcləyib savaşanlarla eyni olmazlar; onlardan daha üstündürlər. Allah hər birinə qurtuluşu söz vermişdir. Allah bütün etdiklərinizdən Xəbərdardır.

Bəqərə/2:263 Gözəl bir söz və xoş rəftar, ardından qürur qırıcı davranışlar gətirən bir yardımdan daha xeyirlidir. Allah Zəngindir, Şəfqətlidir.
Bəqərə/2:267 Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.

Ənam/6:133 Rəbbin Zəngindir, Rəhmət Sahibidir. İstəsə, sizi götürər və sizi başqalarının soyundan necə gətirmişsə sizdən sonra da yerinizə istədiklərini yerləşdirər.

Həcc/22:64 Göylərdə və yerdə nə varsa Onundur. Şübhəsiz Allah Zəngindir, Tərifəlayiqdir.

Nəml/27:40 Kitab bilgisinə sahib olan biri də, "Mən onu, gözünü qırpman üçün sərf olunan vaxtdan daha tez gətirə bilərəm!" dedi. Onu yanında dayanmış görüncə, "Bu Rəbbimin bir lütfüdür. Şükürmü, yoxsa nankorluqmu edəcəyimi sınayır. Şükür edən özü üçün şükür etmiş olar. Nankorluq edən də, bilsin ki, mənim Rəbbim Zəngindir, Şərəflidir," dedi.
Nəml/27:40 Kitab bilgisinə sahib olan biri də, "Mən onu, gözünü qırpman üçün sərf olunan vaxtdan daha tez gətirə bilərəm!" dedi. Onu yanında dayanmış görüncə, "Bu Rəbbimin bir lütfüdür. Şükürmü, yoxsa nankorluqmu edəcəyimi sınayır. Şükür edən özü üçün şükür etmiş olar. Nankorluq edən də, bilsin ki, mənim Rəbbim Zəngindir, Şərəflidir," dedi.

Loğman/31:26 Göylərdə və yerdə olan hər şey Allahındır. Şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.

Muhəmməd/47:38 Sizlər, Allah yolunda xərcləməyə dəvət edilirsiniz, ancaq bir qisminiz xəsislik etməkdədir. Kim xəsislik edərsə, özünə qarşı xəsislik etmişdir. Allah Zəngindir, siz isə yoxsulsunuz. Üz çevirsəniz, yerinizə başqa bir topluluq gətirər ki, onlar sizin kimi olmazlar.

Hədid/57:24 Bunlar üstəlik xəsisdirlər və insanlara xəsisliyi öyüd-nəsihət edirlər. Kim üz çevirərsə, şübhəsiz Allah Zəngindir, Tərifəlayiq olandır.

Mumtəhənə/60:6 Allahı və Axirət Gününü arzu edənləriniz üçün onlarda gözəl bir örnək vardır. Üz çevirənlərə gəlincə, O Zəngindir, Tərifəlayiqdir.

Təğabun/64:6 Çünki, elçiləri onlara açıq-aşkar dəlillərlə gedirlər və onlar isə, "Bizə doğru yolu bir insanmı göstərəcək?" deyirdilər. Beləcə inkar edib üz çevirirdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah Zəngindir, Təriflənəndir.

Munafiqun/63:7 Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.