Bəqərə - 2:264 Ey iman edənlər! Allaha və Axirət gününə iman etmədiyi halda insanlara göstəriş üçün yardım edən şəxs kimi yardımlarınızı minnət qoymaqla və əziyyət etməklə boşa çıxarmayın. Bu cür davranışın örnəyi, üzərində toz-torpaq yığılan bir qayaya bənzəyir ki, şiddətli bir yağış onu çılpaq buraxar. Etdiklərindən heç bir şey qazana bilməzlər. Allah inkarçı camaatı doğruya yönəltməz.
İman etmənin ən önəmli kriteri:
Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."

Zumər/39:65 Sənə və səndən öncəkilərə belə vəhy edilmişdir: Ortaq qoşarsan, bütün etdiklərin boşa gedər və ziyana uğrayanlardan olarsan.