Bəqərə - 2:267
Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.
Niyə aləmlərin Rəbbi olan Allaha tərif olsun?
Casiyə/45:36
Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha təriflər olsun.
Ənam/6:1
Tərif, göyləri və yeri yaradan, qaranlığı və işığı var edən Allaha yaraşır! Buna rəğmən, inkar edənlər Rəblərini başqalarıyla eyni tutur.
Mumtəhənə/60:6
Allahı və Axirət Gününü arzu edənləriniz üçün onlarda gözəl bir örnək vardır. Üz çevirənlərə gəlincə, O Zəngindir, Tərifəlayiqdir.
İbrahim/14:1
Əlif. Ləm. Ra. Bir kitabdır. Onu sənə nazil etdik ki, insanları Rəblərinin izni ilə qaranlıqlardan aydınlığa çıxarasan, O Güclü və Tərifə layiq olanın yoluna...
İbrahim/14:2
Yəni Allahın. O ki, göylərdə və yerdə olanların hamısına sahibdir. Layiq görüldükləri çətin (şiddətli) əzabdan dolayı vay kafirlərin halına.
Nəml/27:59
De ki, "Tərif Allaha xasdır. Salam (sülh) da seçdiyi qullarına olsun. Allahmı, yoxsa onların ortaq qoşduqlarımı daha yaxşıdır?"