Bəqərə - 2:272 Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.
Allah, etdiyimiz heç bir yaxşılığı qarşılıqsız qoymaz:
Ali İmran/3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”

Nəhl/16:97 Kişi olsun, qadın olsun, hər kim inanclı olaraq yaxşı bir iş görərsə, ona bu dünyada gözəl bir həyat bağışlayarıq və etdikləri yaxşı işlərə qarşılıq mükafatlarını da tam verərik.

Bəqərə/2:110 Namazı qoruyun, zəkatı verin! Özünüz üçün edib göndərdiyiniz hər yaxşılığı, əlbəttə Allah qatında görəcəksiniz. Allah etdiyiniz hər şeyi görür.
Bəqərə/2:272 Onları doğruya yönəltmək sənə aid deyildir. Ancaq Allah istədiyini doğruya yönəldir. Möhtaclara etdiyiniz hər yaxşılıq özünüz üçün faydalıdır. Yardımlarınız yalnız Allah üçün olmalıdır. Etdiyiniz hər yaxşılığın qarşılığı sizə tam ödənəcəkdir. Haqsızlığa uğradılmayacaqsınız.

Ali İmran/3:30 Gün gələcək, hər kəs etdiyi hər yaxşılığı önündə hazır görəcək. İşlədiyi hər pislik ilə özü arasında uzun bir məsafə olmasını istəyəcək. Allah Özü haqqında sizə xəbərdarlıq edir. Allah qullara şəfqətlidir.

Muzzəmmil/73:20 Rəbbin, sənin və yoldaşlarından bir qrupun, gecənin üçdə ikisindən az, yarısında və üçdə birində qalxdığını bilir. Gecənin və gündüzün miqdarını Allah təyin edər. O, sizin bunu edə bilməyəcəyinizi bildiyi üçün sizi əfv etmişdir. Elə isə Qurandan sizə asan gəldiyi qədər oxuyun. Aranızda xəstələr, yer üzündə Allahın lütfündən ruzi axtaranlar və Allah yolunda savaşanlar olduğunu bilməkdədir. Ondan sizə asan gəldiyi qədər oxuyun. Namazı qoruyun, zəkatı verin və gözəl davranmaq yolu ilə Allaha bir borc verin. Özünüz üçün etdiyiniz hər yaxşılığı, Allah qatında daha yaxşı və daha böyük bir mükafat olaraq görəcəksiniz. Allahdan bağışlanma diləyin; Allah Bağışlayandır, Rəhmlidir.

Tovbə/9:120 Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.
Tovbə/9:121 Böyük və ya kiçik, etdikləri hər yardım və keçdikləri hər vadi onlar üçün (əlavə) mükafat olaraq yazılar. Allah etdiklərinin ən gözəliylə onları mükafatlandırar.