Bəqərə - 2:276
Allah sələmi məhkum edər, qarşılıqsız yardımı dəstəkləyər. Allah heç bir günahkar nankoru sevməz.
İman edənlərin yardımı yalnız Allah rizası üçündür:
Leyl/92:18
O ki, malını verərək təmizlənir;
Leyl/92:19
Heç kimsədən də buna qarşılıq bir yaxşılıq gözləməz.
Leyl/92:20
Sadəcə Ən Uca olan Rəbbinin rizasını qoruyur.
İnsan/76:8
Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
İnsan/76:9
"Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."
Bəqərə/2:265
Allahın razılığını qazanmaq istədikləri və buna razı olduqları üçün paralarını (pullarını) xərcləyənlərin örnəyi, bol yağmur aldığında iki qat məhsul verən, bol yağmur almasa belə narın yağışla kifayətlənən yüksək məhsullu bir bağça örnəyi kimidir. Allah etdiklərinizi görməkdədir.
Ali İmran/3:162
Allahın rizasına diqqət edən bir kimsə Allahın öfkəsinə uğrayıb Cəhənnəmə girən kimsə kimi ola bilərmi? O necə də pis bir yerdir!
Ali İmran/3:173
Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”
Ali İmran/3:174
Beləcə, onlara heç bir pislik toxunmadan, Allahdan bir nemət və lütflə geri döndülər və Allahın rizasını qorumuşdular. Böyük lütfün sahibi Allahdır.
Tovbə/9:100
Köç edənlərin (mühacir) və yardımçıların (ənsar) öncülərindən və onları gözəlcə izləyənlərdən Allah razı olmuşdur, onlar da Ondan razı olmuşdurlar. Onlara içlərində çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bax böyük zəfər budur.
Kəhf/18:28
Rəblərinin rizasını diləyərək səhər axşam qulluq edənlərlə birlikdə olmağa çalış. Dünya həyatının cəlbedici materiallarını arzu edib, gözlərini onlardan (o kəslərdən) ayırma. Qəlbini mesajımızdan qafil etdiyimiz və həvəsinə uyaraq işlərini qarışdıran kimsələrin ardınca getmə.
Rum/30:38
Elə isə yaxınlığı olanlara haqlarını ver, yoxsula və yolçuya da... Allahın rizasını diləyənlər üçün bu daha yaxşıdır; onlar uğur qazananlardır.
Həşr/59:8
Allahın lütf və rizasını axtardıqları, Allahı və elçisini dəstəklədikləri üçün yurdlarından və mallarından məhrum edilən mühacirlərin fəqirlərinə (öncə onlara verməlisiniz). Doğru olanlar bunlardır.
Mumtəhənə/60:1
Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.