Bəqərə - 2:276 Allah sələmi məhkum edər, qarşılıqsız yardımı dəstəkləyər. Allah heç bir günahkar nankoru sevməz.
Əlaqəli:
Bəqərə/2:188 Paralarınızı (pullarınızı) öz aranızda haqsız yollarla yeməyin. İnsanların parasını (pulunu) haqsız yerə yemək məqsədi ilə bilə-bilə məmurlara/yönəticilərə rüşvət verməyin.

Nisa/4:29 Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.

Rum/30:39 İnsanların malları içində artması üçün verdiyiniz sələm (riba) Allah yanında artmaz. Ancaq, Allahın rizasını diləyərək verdiyiniz bir zəkata gəlincə, onu verənlər sərmayələrini qat-qat artırarlar.