Bəqərə - 2:280
(Borclu) sıxıntı içindədirsə, bir asanlığa çıxana qədər gözləmək lazımdır. Borcu qarşılıqsız yardım olaraq bağışlaya bilsəniz, sizin üçün daha yaxşıdır, bir bilsəniz.
Məqsəd nədir?
Bəqərə/2:271
Yardımlarınızı açıqlasanız, nə gözəl. Ancaq onları gizləyərək möhtaclara versəniz daha yaxşıdır və bu bəzi günahlarınızı örtər. Allah etdiyinizi xəbər alır.
Nisa/4:85
Kim bir yaxşılığa vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Kim bir pisliyə vasitəçilik edərsə, özü üçün ondan bir pay var. Allah hər şeyi kontrol edər.
Tovbə/9:103
Onları təmizləmək və ucaltmaq üçün paralarından bir sədəqə al və onları təşviq et / dəstəklə, çünki sənin dəstəyin onları məmnun edər. Allah Eşidəndir, Biləndir.
Tovbə/9:104
Bilmirlərmi ki, qullarından tövbələri qəbul edən, sədəqələri alan Allahdır və Allah Tövbələri qəbul edəndir, Rəhmlidir?
Yusuf/12:88
(Yusufun) hüzuruna girincə, "Hörmətli Zati-aliləri, bizə və ailəmizə sıxıntı üz verdi; buna görə dəyərsiz bir əşya ilə gəldik. Amma sən bizə tam ölçü ver, bizə yardım et. Allah sədəqə verənləri mükafatlandırar," dedilər.
Hədid/57:18
Sədəqə verən kişilər və qadınlar, Allaha gözəl bir borc vermişdirlər. Onlara qat-qat ödənər və onlar comərd bir mükafata layiqdirlər.