Bəqərə - 2:282 Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verdiyiniz zaman onu yazın. Sizdən bir katib onu ədalətlə yazsın. Katib, Allahın ona öyrətdiyi kimi yazmaqdan çəkinməsin, yazsın. Borc alan adam da diktə etdirsin. Rəbbi olan Allahdan qorxsun, onda saxtakarlıq etməsin. Borc alan adam ağıldan zəif və ya çarəsiz, ya da diktə etməkdən acizdirsə, vəlisi ədalətlə yazdırmalıdır. Aranızdakı kişilərdən iki nəfər şahid də şahidlik etsin. İki kişi şahid tapa bilməsəniz, istədiyiniz şahidlərdən bir kişi və iki qadın seçin ki, qadınlardan biri yanıldığında, digəri ona xatırlatsın. Şahidlər, (şahidlik etməyə) çağırıldıqları vaxt çəkinməsin. Az da olsa, çox da olsa, ödəniş tarixi ilə birlikdə onu yazmaqdan usanmayın. Bu, Allah qatında daha ədalətli, şahidlik baxımından daha sağlam və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız, ticarət peşin olarsa onu yazmamanızda heç bir problem yoxdur. Alış-veriş etdiyinizdə şahidləriniz olsun. Yazana da, şahidə də zərər verilməsin. Əks halda özünüzə pislik edərsiniz. Allahı dinləyin. Allah sizə öyrədir. Allah hər şeyi bilir.
İman edənlərin şahidliyi:
Bəqərə/2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.

Ənam/6:152 Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.

Nisa/4:135 Ey iman edənlər! Şahidliyiniz özünüzün, ananızın, atanızın və yaxınlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlik edərək ədaləti qoruyun. İstər zəngin, istər fəqir olsun, Allah hər iki qrupa da baxar. Elə isə, şəxsi maraq və duyğularınıza uyaraq tərəfkeş davranmayın. Gerçəyi dəyişsəniz və ya şahidlik etməkdən çəkinsəniz, bilin ki, Allah etdiklərinizi xəbər alır.

Furqan/25:72 Onlar yalan (yerə) şahidçilik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında əhəmiyyət verməyib keçərlər.

Əhzab/33:70 Ey iman edənlər! Allahı layiqincə dinləyin və doğru söz söyləyin.

İnsan/76:7 Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.