Bəqərə - 2:282 Ey iman edənlər! Müəyyən bir müddət üçün bir-birinizə borc verdiyiniz zaman onu yazın. Sizdən bir katib onu ədalətlə yazsın. Katib, Allahın ona öyrətdiyi kimi yazmaqdan çəkinməsin, yazsın. Borc alan adam da diktə etdirsin. Rəbbi olan Allahdan qorxsun, onda saxtakarlıq etməsin. Borc alan adam ağıldan zəif və ya çarəsiz, ya da diktə etməkdən acizdirsə, vəlisi ədalətlə yazdırmalıdır. Aranızdakı kişilərdən iki nəfər şahid də şahidlik etsin. İki kişi şahid tapa bilməsəniz, istədiyiniz şahidlərdən bir kişi və iki qadın seçin ki, qadınlardan biri yanıldığında, digəri ona xatırlatsın. Şahidlər, (şahidlik etməyə) çağırıldıqları vaxt çəkinməsin. Az da olsa, çox da olsa, ödəniş tarixi ilə birlikdə onu yazmaqdan usanmayın. Bu, Allah qatında daha ədalətli, şahidlik baxımından daha sağlam və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız, ticarət peşin olarsa onu yazmamanızda heç bir problem yoxdur. Alış-veriş etdiyinizdə şahidləriniz olsun. Yazana da, şahidə də zərər verilməsin. Əks halda özünüzə pislik edərsiniz. Allahı dinləyin. Allah sizə öyrədir. Allah hər şeyi bilir.
"Əks halda özünüzə pislik edərsiniz": Məqsəd nədir?
Bəqərə/2:51 Musa ilə qırx gecə üçün sözləşmişdik. Ancaq siz onun ardından özünüzə zülm edərək buzova qulluq/xidmət etdiniz.
Bəqərə/2:54 Musa öz qövmünə demişdi: “Ey qövmüm! Siz buzova qulluq/xidmət etməklə nəfsinizə (şəxsiyyətinizə, özünüzə, ruhunuza) zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və nəfsinizi (eqonuzu) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir”. O, sizi əfv edər. Əlbəttə O, tövbələri qəbul edəndir, Rəhmlidir.

Nisa/4:110 Kim bir pislik edər və ya özünə zülm edər, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan və Rəhmli olduğunu görər.

Ənam/6:82 İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.

Əraf/7:22 Beləcə, onları yalanlarla aldatdı. Ağacı dadınca bədənləri özlərinə görsəndi. Üzərlərini cənnət yarpaqları ilə örtməyə başladılar. Rəbləri onları çağırdı: "O ağacdan ikinizi də çəkindirmədimmi və şeytanın ikinizə də düşmən olduğunu söyləmədimmi?"
Əraf/7:23 Hər ikisi: "Rəbbimiz, özümüzə zülm etdik. Bizi bağışlamasan və bizə acımasan, ziyana uğrayanlardan olarıq," dedilər.

Nəhl/16:28 Onlar ki, nəfslərinə zülm edərkən mələklər canlarını alır. Axırda təslim olub: "Biz hər hansısa bir pislik etmirdik!" deyərlər. Xeyr, Allah sizin etdiklərinizi yaxşı bilir.

Loğman/31:13 Loğman oğluna öyüd verərkən bunu  demişdi: "Əziz oğlum, Allaha ortaq qoşma, şübhəsiz şirk (Tanrıya ortaq qoşmaq) böyük bir zülmdür."