Bəqərə - 2:286
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”
Əvvəlkilərin yükləndiyi öhdəliklər:
Bəqərə/2:214
Yoxsa siz, sizdən öncəkilərin başına gələnlərin bənzəri sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınızımı sanırsınız? Onlar çətinlik və sıxıntıya uğradılar və elə sarsılmışdılar ki, elçi və bərabərindəki iman edənlər, “Allahın yardımı nə zamandır?”– dedilər. Yaxşı bilin ki, Allahın yardımı yaxındır.
Ali İmran/3:146
Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.