Bəqərə - 2:29 Yer üzündə hər şeyi sizin üçün yaradan Odur. Sonra göyə yönəlib onu yeddi göy olaraq nizamladı. O, hər şeyi bilər.
Göyə yönəlib onu yeddi göy olaraq nizama saldı. (Təfsilatı)
Fussilət/41:11 Sonra duman halındakı göyə yönələrək, ona və yerə, "İstəyərək və ya istəməyərək (xaosdan çıxıb) gəlin," dedi. Onlar da, "İstəyərək gəldik," dedilər.
Fussilət/41:12 Beləcə onları iki gündə yeddi göy olaraq tamamladı və hər göyə özünəməxsus qanunları bildirdi. Və Biz ən aşağıdakı göyü isə qəndillərlə və qoruma sistemi ilə təchiz etdik. Bu, Üstün və hər şeyi Bilənin planıdır.