Bəqərə - 2:33 Dedi: "Adəm! Onların isimlərini bunlara xəbər ver." İsimlərini onlara xəbər verincə, "Sizə, yerin və göylərin sirlərini bilirəm, açığa çıxardığınızı da, gizlədiyinizi də bilirəm deməmişdimmi?" - dedi.
Allah bütün sirləri biləndir:
Hud/11:6 Yer üzündə elə bir canlı (məxluq) yoxdur ki, ruzisi Allah tərəfindən təmin edilməsin. Onların qalacaqları və uğrayacaq yerlərini bilir. Bütün bunlar açıq-aşkar bir kitabdadır.

Təğabun/64:4 Göylərdə və yerdə olanları bilir; sizin gizlədiklərinizi və aşkara vurduqlarınızı da bilir. Allah gizli düşüncələrinizi çox yaxşı bilir.

Ta ha/20:7 (Niyyətini) Sözlə açıqlasan da, (açıqlamasan da) O, gizlini və gizlinin gizlisini bilir.

İbrahim/14:38 "Rəbbimiz, Bizim gizlədiyimizi və açıqladığımızı bilirsən. Yerdə və göydə heç bir şey Allaha gizli qalmaz.

Ali İmran/3:181 “Allah fəqir, biz isə zənginik!”– deyənlərin sözünü Allah eşitməkdədir. Söylədiklərini və haqsız yerə peyğəmbərləri öldürmələrini qeyd edəcəyik və "Yandırıb-yaxan əzabı dadın," - deyəcəyik.

Nisa/4:81 “Oldu, itaət edirik!” deyərlər. Ancaq Sənin yanından çıxdıqlarında onlardan bir qismi, söyləmiş olduqlarının əksinə (plan) qurur. Allah onların planlayıb qurduqları şeyləri qeyd edir. Onlara əhəmiyyət vermə; Allaha güvən. Dəstəkləyici olaraq Allah yetər.

Ənbiya/21:94 Kim inanclı olaraq müttəqi işlər görərsə, onun bu cəhdi boşa getməyəcəkdir; Biz sürəkli olaraq qeyd etməkdəyik.

Casiyə/45:29 "Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."


Yunus/10:21 Onlara toxunan bir sıxıntıdan sonra insanlara bir rəhmət daddırdığımız zaman, ayə və möcüzələrimizə qarşı dərhal bir plan qurarlar. De ki: "Plan qurmada Allah daha cəlddir. Elçilərimiz, qurduğunuz bütün planları qeyd etməkdədir."

Qaf/50:16 İnsanı Biz yaratdıq və onun öz-özünə nəyi pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq.


Qaf/50:17 Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).

Mucadilə/58:7 Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini anlamırsınız? Üç nəfər gizli danışsa, mütləq O onların dördüncüsüdür. Beş nəfər olsalar, mütləq O onların altıncısıdır. İstər bundan az və ya çox və harada olursa olsunlar, O onlarla bərabərdir. Sonra dirilmə günündə onlara etdiklərini xəbər verər. Allah hər şeyi Biləndir.
Mucadilə/58:6 Gün gələr Allah onları toplu şəkildə dirildər və sonra etmiş olduqlarını özlərinə xəbər verər. Onlar, unutduqları halda, Allah onları hesaba almışdır. Və Allah hər şeyə Şahiddir.

Ənam/6:59 Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.