Bəqərə - 2:38 "Oradan toplu halda enin," -dedik. "Məndən sizə bir yol göstərici gəldiyi zaman, o yol göstəriciyə tabe olanlar üçün artıq bir qorxu yoxdur və onlar üzülməyəcəklər."
Üzüntü nədir?
Bəqərə/2:167 Tabe olanlar belə deyəcək: “Kaş ki, bir şansımız (dünyaya dönmə imkanımız) olsaydı, onların indi bizdən uzaq durduqları kimi biz də onlardan uzaq dursaydıq!” Beləcə, Allah etdiklərini peşmançılığa döndərər; atəşdən çıxa bilməzlər.

Yunus/10:54 Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.

Furqan/25:25 Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,
Furqan/25:26 Məhz o gün, hakimiyyət bütünlüklə və mütləq olaraq Rəhmanındır. İnkar edənlər üçün çətin bir gün olacaqdır.
Furqan/25:27 O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."
Furqan/25:28 "Vay mənim halıma, kaş ki, filankəsi yoldaş qəbul etməsəydim."
Furqan/25:29 "Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."

Səba/34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?