Bəqərə - 2:39 "İnkar edənlər, ayələrimizi və möcüzələrimizi yalanlayanlar atəşin əhlidir və onlar orada əbədi qalıcıdırlar."
Cənnət və Cəhənnəmin sonsuzluğu:
İbrahim/14:48 Yerin başqa bir yer ilə, göylərin də başqa göylərlə dəyişdirildiyi, hər kəsin Tək və Ən Uca olan Allahın hüzuruna gətirildiyi gün...

Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107 Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.
Hud/11:108 Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.