Bəqərə - 2:41 Yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimə iman edin. Ona qarşı çıxanların birincisi olmayın! Ayələrimi dəyərsiz şeylərlə dəyişməyin, sadəcə Məndən çəkinin.
İman edənlər Allahdan başqasından çəkinməzlər:
İbrahim/14:10 Elçiləri: "Göyləri və yeri yarıb yaradan Allahamı şəkk edirsiniz? Günahlarınızı bağışlamaq üçün sizi çağırır və sizə möhlət verir," dedilər. Onlar da, "Siz, ancaq bizim kimi insanlarsınız, atalarımızın qulluq/xidmət etməkdə olduğu şeydən bizi çevirmək istəyirsiniz. Bizə açıq-aydın bir səlahiyyət sənədi gətirin," dedilər.
İbrahim/14:11 Elçiləri isə onlara belə dedilər: "Biz, əlbəttə sizin kimi bir insanıq. Ancaq, Allah, qullarından istədiyini seçərək ona lütf edir. Allahın izni olmadan sizə bir səlahiyyət sənədi gətirə bilməmiz mümkün olan şey deyil. İman edənlər Allaha güvənməlidir.
İbrahim/14:12 "Bizə yollarımızı göstərdiyi halda, nə üçün Allaha güvənməyək? Sizin bizə etdiyiniz əziyyətə qarşı səbrlə müqavimət göstərəcəyik. Güvənənlər Allaha güvənməlidir."
İbrahim/14:13 İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,

Ali İmran/3:146 Neçə-neçə peyğəmbərlər var ki, özlərini Rəblərinə həsr etmiş bir çox adam onlarla birlikdə savaşdı. Allah yolunda başlarına gələndən ötrü ruhdan düşmədilər, geri çəkilmədilər, boyun əymədilər. Allah müqvimət göstərənləri sevər.

Ğafir/40:26 Firon dedi, "Məni buraxın Musanı öldürüm ki, o da Rəbbinə yalvarsın. Sizin dininizi dəyişdirəcəyindən və ya yer üzündə pislik çıxaracağından narahat oluram."
Ğafir/40:27 Musa dedi, "Mən, Hesab Gününə iman etməyən hər azğından Rəbbimə və sizin Rəbbinizə sığındım," dedi.

Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

Ali İmran/3:172 O iman edənlər ki, savaşda yaralandıqdan sonra da Allahın və elçisinin çağırışına tabe oldular. Yaxşılıq edib, müttəqi davrananları üçün böyük bir mükafat var.

Ta ha/20:70 Sehrbazlar, "Harunun və Musanın Rəbbinə iman etdik!" deyərək səcdəyə qapandılar.
Ta ha/20:71 (Firon:) "Sizə izin vermədən öncəmi ona iman etdiniz? O, sizə sehr öyrədən ustanız olmalıdır. Əllərinizi və ayaqlarınızı çarpaz kəsib sizi xurma ağaclarına asacağam. Hansımızın cəzası daha çətin və sürəkli imiş öyrənəcəksiniz," dedi.
Ta ha/20:72 Dedilər ki: "Bizə gələn açıq-aşkar dlilləri və bizi Yaradanı buraxıb səni seçmərik. Necə hökm verəcəksənsə, ver. Hökmün bu dünya həyatı ilə məhdudlaşır!"

Əhzab/33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.