Bəqərə - 2:42 Bilə-bilə gerçəyi yanlış ilə qarışdırmayın və gerçəyi gizləməyin.
Kafirlər gerçəyi yanlış ilə qarışdıranlardır:
Kəhf/18:56 Biz elçiləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndərdik. Kafirlər, gerçəyi saxta və yanlış ilə ortadan qaldırmaq üçün səy göstərirlər. Ayələrimə və xəbərdar edildikləri şeylərə istehza etdilər.

Ğafir/40:5 Onlardan öncə Nuhun xalqı da yalanlamışdı və onlardan sonra bir çox partiya da... Hər topluluq elçilərini təsirsiz hala gətirməyə çalışdı. Gerçəyi aradan qaldırmaq üçün boş və yanlış şeylərlə mübahisə etdilər. Axırda onları yaxaladım; cəzalandırmam necə imiş?

Ali İmran/3:71 Kitab əhli! Nə üçün doğru ilə yanlışı bir-birinə qarışdırır və bilə-bilə gerçəyi gizləyirsiniz?

Bəqərə/2:146 Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar; Amma yenə də onlardan bir qrup bilə-bilə gerçəyi gizlədir.

Ali İmran/3:187 Allah kitab verilənlərdən, "Onu mütləq insanlara açıqlayacaqsınız, gizləməyəcəksiniz," - deyə söz almışdı. Fəqət onlar, onu arxalarına atıb az bir dəyərə satdılar. Nə pis bir alış-veriş!