Bəqərə - 2:42
Bilə-bilə gerçəyi yanlış ilə qarışdırmayın və gerçəyi gizləməyin.
İsrail oğulları gerçəyi yanlış ilə necə qarışdırdılar?
Əraf/7:162
Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.
Bəqərə/2:58
“Bu şəhərə daxil olun. Orada istədiyiniz yerdən bol-bol yeyin. Qapıdan təvazökar olaraq daxil olun və dostca danışın ki, xətalarınızı bağışlayaq. Gözəl davrananlara daha artığını verərik" demişdik.
Bəqərə/2:59
Ancaq içinizdəki zalımlar, onlara verilən kəlmələri başqa kəlmələrlə dəyişdirdilər. Həqiqətən, yoldan çıxdıqları üçün zülm edənlərin üzərinə göydən bir əzab endirdik.
Bəqərə/2:75
Onların sizə inanacaqlarınımı sanırsınız? Halbuki onların bir qismi, Allahın Sözünü eşidib qavradıqdan sonra, bilə-bilə onu dəyişdirirdilər.
Bəqərə/2:146
Kitab verdiklərimiz, bu gerçəkləri övladlarını tanıdıqları kimi tanıyırlar; Amma yenə də onlardan bir qrup bilə-bilə gerçəyi gizlədir.