Bəqərə - 2:44
İnsanları yaxşılıq etməyə çağırdığınız halda, özünüzü unudursunuz? Üstəlik kitabı da oxuyursunuz? Ağlınızı istifadə etmirsiniz?
Edə bilməyəcəyiniz şeyləri söyləməyin:
Saff/61:2
Ey iman edənlər, nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
Saff/61:3
Etmədiyiniz şeyi söyləməyiniz, Allah qatında ən sevilməyən davranışlardandır.
Şuəra/26:225
Onların hər vadidə qaçdıqlarını (vəziyyətə görə yön dəyişdirdiklərini) görmürsənmi?
Şuəra/26:226
Və onlar etmədikləri şeyləri söyləyərlər.
Ali İmran/3:188
Sanma ki, verdikləriylə qürürlanan və etmədikləri şeylərdən ötrü təriflənməyi sevənlər, bəli sanma ki, onlar əzabdan qurtulacaq. Onlara ağrılı-acılı bir əzab var.