Bəqərə - 2:49 İşgəncənin ən pisini sizə tətbiq edən, qadınlarınızı buraxıb oğullarınızı öldürən Fironun adamlarından sizi qurtarmışdıq. Bu, Rəbbinizdən böyük bir sınaq idi.
2: 49 ilə əlaqəli ayə:
Bəqərə/2:49 İşgəncənin ən pisini sizə tətbiq edən, qadınlarınızı buraxıb oğullarınızı öldürən Fironun adamlarından sizi qurtarmışdıq. Bu, Rəbbinizdən böyük bir sınaq idi.

Əraf/7:141 "Bir vaxt sizə ən pis əzabı tətbiq edən Fironun tərəfdarlarından sizi qurtarmışdıq. Qadınlarınızı sağ buraxıb övladlarınızı öldürürdülər. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq vardı."

İbrahim/14:6 Bir vaxt, Musa xalqına: "Allahın üzərinizdəki nemətini xatırlayın. Sizə işgəncənin ən pisini tətbiq edən, oğullarınızı kəsib, qadınlarınızı sağ buraxan Fironun adamlarından sizi O qurtardı. Bu, Rəbbinizdən sizin üçün böyük bir sınaq idi," demişdi.

Qasas/28:4 Firon yer üzündə despotca davrandı. Xalqını siniflərə ayırıb onlardan bir qrupu əzib istismar edir, qızlarını sağ buraxıb oğullarını kəsirdi. O, bir fəsadçı idi.