Bəqərə - 2:50 Dənizi yararaq, sizi qurtarmışdıq və Fironun adamlarını da gözlərinizin önündə boğmuşduq.
İsrail oğullarının dənizdən keçməsinin təfərrüatı:
Şuəra/26:61 Hər iki topluluq bir-birini görüncə, Musanın yoldaşları: "Baxın, yaxalanırıq!" dedilər.
Şuəra/26:62 "Əsla. Rəbbim mənimlə birlikdədir; Mənə bir çıxış yolu göstərəcəkdir!" dedi.
Şuəra/26:63 Musaya, "Dəyənəyini dənizə vur!" deyə vəhy etdik. Bundan sonra yarıldı və hər hissəsi böyük bir təpə kimi oldu.
Şuəra/26:65 Musanı və onunla bərabər olan hər kəsi qurtardıq.

Ta ha/20:77 Musaya: "Qullarımı gecə vaxtı başqa bir yerə apar və onlar üçün dənizdə quru bir yol aç. Yaxalanmaqdan qorxma, narahat olma," deyə vəhy etdik.

Bəqərə/2:50 Dənizi yararaq, sizi qurtarmışdıq və Fironun adamlarını da gözlərinizin önündə boğmuşduq.

Əraf/7:138 İsrail oğullarını dənizdən keçirtdik. Özlərinə xas heykəllərə qulluq/xidmət edən bir topluluğa rast gəldilər və: "Musa, bunların tanrıları kimi bizə də bir tanrı düzəlt," dedilər. "Siz, gerçəkdən cahil bir topluluqsunuz," dedi.