Bəqərə - 2:51 Musa ilə qırx gecə üçün sözləşmişdik. Ancaq siz onun ardından özünüzə zülm edərək buzova qulluq/xidmət etdiniz.
İsrail oğullarının buzova qulluq/xidmət etmələrinin təfsilatı:
Ta ha/20:83 (Allah buyurdu:) "Musa, nə üçün xalqını buraxmaqda tələsdin?"
Ta ha/20:84 (Musa) dedi: "Onlar təlimə tabedirlər. Rəbbim, razı olasan deyə, Sənə doğru tələsdim."
Ta ha/20:85 (Allah:) "Xalqını, səndən sonra sınağa çəkdik. Samiri onları azdırdı," dedi.
Ta ha/20:86 Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.
Ta ha/20:87 (Onlar:) "Sənə verdiyimiz sözü öz başımıza görə pozmadıq. O xalqın süs əşyaları bizə daşıtdırıldı. Onları atdıq. Samiri bax belə bir şey ortaya çıxartdı," dedilər.
Ta ha/20:88 Onlar üçün, böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. "Bax sizin və Musanın tanrısı budur. Fəqət o (Musa) unutdu," dedilər.

Nisa/4:153 Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.

Əraf/7:148 Musanın xalqı özündən sonra, süs əşyalarından, böyürtüsü olan bir buzov heykəli düzəldib bütləşdirdilər. Onun, danışmaqdan və onlara yol göstərməkdən aciz olduğunu görmədilərmi? Onu mənimsəyərək zalımlardan oldular.