Bəqərə - 2:54 Musa öz qövmünə demişdi: “Ey qövmüm! Siz buzova qulluq/xidmət etməklə nəfsinizə (şəxsiyyətinizə, özünüzə, ruhunuza) zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və nəfsinizi (eqonuzu) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir”. O, sizi əfv edər. Əlbəttə O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Buzova qulluq/xidmət edənlərin tövbələri:
Əraf/7:148 Musanın xalqı özündən sonra, süs əşyalarından, böyürtüsü olan bir buzov heykəli düzəldib bütləşdirdilər. Onun, danışmaqdan və onlara yol göstərməkdən aciz olduğunu görmədilərmi? Onu mənimsəyərək zalımlardan oldular.
Əraf/7:149 Etdiklərinə peşman olub azmış olduqlarını anlayınca da, "Rəbbimiz bizə acımaz və bizi bağışlamazsa ziyana uğrayanlardan olarıq," dedilər.