Bəqərə - 2:57
Sizi buludlarla kölgələndirmiş və sizin üçün mənna və bildirçin endirmişdik: "Sizə verdiyimiz yaxşı ruzilərdən yeyin." Fəqət onlar Bizə deyil, sadəcə özlərinə zülm edirdilər.
Özlərinə zülm edirdilər: Necə?
Bəqərə/2:59
Ancaq içinizdəki zalımlar, onlara verilən kəlmələri başqa kəlmələrlə dəyişdirdilər. Həqiqətən, yoldan çıxdıqları üçün zülm edənlərin üzərinə göydən bir əzab endirdik.
Əraf/7:161
Xatırla ki, onlara: "Bu şəhərdə sakin olun, orada istədiyiniz kimi yeyin, dostca danışın və qapıdan təvazökar olaraq girin ki, xətalarınızı bağışlayaq. Yaxşılıq edənlərə daha çoxunu verəcəyik," deyildiyində,
Əraf/7:162
Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.