Bəqərə - 2:59 Ancaq içinizdəki zalımlar, onlara verilən kəlmələri başqa kəlmələrlə dəyişdirdilər. Həqiqətən, yoldan çıxdıqları üçün zülm edənlərin üzərinə göydən bir əzab endirdik.
2: 59 ilə əlaqəli
Əraf/7:161 Xatırla ki, onlara: "Bu şəhərdə sakin olun, orada istədiyiniz kimi yeyin, dostca danışın və qapıdan təvazökar olaraq girin ki, xətalarınızı bağışlayaq. Yaxşılıq edənlərə daha çoxunu verəcəyik," deyildiyində,
Əraf/7:162 Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.