Bəqərə - 2:61 Fəqət siz, “Musa! Biz eyni cür yeməklərə dözə bilməyəcəyik. Rəbbini bizim üçün çağır, bizə lobya, qabaq, sarımsaq, mərcimək, soğan kimi torpağın bitirdiyindən yetişdirsin," demişdiniz ki: "Yaxşı olanı daha aşağı olanlamı dəyişdirmək istəyirsiniz? İstəyirsinizsə Misirə geri dönün, orada axtardığınızı tapa bilərsiniz!" demişdi. Beləcə alçaqlıq və yoxsulluğa məhkum edildilər və Allahın qəzəbinə məruz qaldılar. Çünki onlar Allahın ayələrinə qarşı sürəkli nankorca davranırlar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Çünki onlar, qarşı gəlib həddi aşırdılar.
Allahın qəzəbi nədir və kimədir?
Ali İmran/3:112 Harada olurlarsa olsunlar, -Allahın ipinə, ya da insanların ipinə (sözləşməsinə) sığınanlar xaric- alçaldılar. Allahın qəzəbinə layiq görüldülər və yoxsulluğa məhkum edildilər. Çünki onlar, Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bütün bunlar, qarşı gəlmələri və həddi aşmalarının bir nəticəsi idi.

Fəth/48:6 Və Allah haqqında pis düşüncələr bəsləyən ikiüzlü kişilərlə ikiüzlü qadınları və bütpərəst kişilərlə bütpərəst qadınları cəzalandırsın. Pislikləri əks təsir göstərəcəkdir. Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Orası necə də pis bir dönüş yeridir.

Nəhl/16:106 Qəlbi imanla dolu olduğu halda (inkar etməyə) məcbur edilən istisna olmaqla, imandan sonra inkar etməyə qəlbini açıb Allahı inkar edənlər, Allah tərəfindən bir qəzəbə layiqdirlər və onlar üçün böyük bir əzab vardır.

Bəqərə/2:90 Allahın, lütfünü qullarından istədiyinə endirməsini qısqanaraq Allahın nazil etdiyini inkar etmək üçün şəxsiyyətlərini satmaları necə də pisdir. Beləcə üst-üstə qəzəbə düçar oldular. Kafirlərə alçaldıcı bir əzab var.

Nisa/4:93 Kim iman etmiş birisini qəsdən öldürərsə yeri, sürəkli qalacağı cəhənnəmdir. Allah ona qəzəb və lənət etmişdir. Və onun üçün böyük bir əzab hazırlanmışdır.

Maidə/5:59 De: “Kitablılar! Allaha, bizə nazil edilənə və öncəki nazil edilənlərə iman etdik deyəmi, yoldan çıxmış olan əksəriyyətinizlə birlikdə bizə qarşı nifrət bəsləyirsiniz?"
Maidə/5:60 De: “Allah qatında bundan daha pis bir vəziyyəti sizə bildirimmi? Allah kimə lənət və qəzəb edərək meymunlar, donuzlar, bütpərəstlər halına salmışsa, bax o kimsələr yer baxımından daha pis və doğru yoldan ən çox azmış olanlardır."

Əraf/7:152 Buzovu bütləşdirənlər, Rəblərindən bir qəzəbə və dünya həyatında bir alçaqlığa uğrayacaqdır. İftiraçıları belə cəzalandırırıq.

Ənfal/8:16 Kim o gün, savaş taktikası və ya başqa bir birliyə qatılma məqsədindən başqa arxasını dönüb qaçarsa, Allahdan bir qəzəbə uğramışdır və yeri də cəhənnəmdir. Necə də pis bir məskunlaşma yeridir.

Ta ha/20:80 Ey İsrail oğulları! Sizi düşməninizdən qurtarmış, Sina dağının sağ yanında sizə söz vermiş və üzərinizə Mənna və bildirçin endirmişdik.
Ta ha/20:81 Sizə verdiyimiz ruzilərin yaxşılarından yeyin və bu mövzuda həddi aşmayın; yoxsa qəzəbimə uğrayarsınız. Qəzəbimə uğrayanlar isə alçalmışdır.
Ta ha/20:86 Musa, qəzəbli və məyus halda xalqının yanına döndü və, "Xalqım, Rəbbiniz sizə gözəl bir söz verməmişdimi? Gözləyə bilmədinizmi? Yoxsa Rəbbinizin qəzəbinə uğramaq üçünmü mənimlə etdiyiniz sözləşməni pozdunuz," dedi.

Şura/42:16 Allah haqqında, Onun (Allahın) çağırışına cavab verdikdən sonra mübahisə edənlərin dəlilləri Rəbləri qatında keçərsizdir. Qəzəbə layiq olanlardır və onlara çətin (şiddətli) bir əzab vardır.