Bəqərə - 2:74 Bütün bunlara rəğmən yenə qəlbləriniz qatılaşdı; daş kimi, hətta daha qatı. Çünki elə daşlar var ki, ondan çaylar fışqırır. Bəziləri yarılır, bağrından su çıxarır. Bəziləri isə Allaha olan hörmətdən gizlənər. Allah etdiklərinizdən xəbərsiz deyildir.
"Bütün bunlara rəğmən yenə qəlbləriniz sərtləşdi;" Məqsəd nədir?
Bəqərə/2:88 Hətta: “Sabit fikirliyik,” dedilər. Halbuki, inkarlarına görə Allah onları lənətləmişdi. Buna görə, onların çox azı iman edir.

Nisa/4:46 Yəhudilərin bir qismi kəlmələrin mənasını dəyişdirir və "eşitdik ancaq qəbul etmirik", və ya "sözünüz kar qulağa girir" və ya dini məsxərəyə qoymaq üçün dillərini əyib-bükərək, "Raina (çobanımız ol)" deyərlər. Onlar, "Eşitdik və itaət etdik", "Dinləyirik" və "Bizə nəzər sal", desəydilər özləri üçün daha yaxşı və daha doğru olardı. Lakin Allah inkarlarına görə onları lənətləmişdir. Çoxları iman etməz.

Maidə/5:13 Sözlərini pozduqları üçün onları lənətlədik, qəlblərini sərtləşdirdik. Sözlərin mənasını kontekstindən dəyişdirirlər. Xəbərdar edildikləri şeylərin bir qismini unutdular. Onların çoxundan sürəkli xəyanət görəcəksən. Onları əfv et və əhəmiyyət vermə. Allah gözəl davrananları sevər.
Maidə/5:60 De: “Allah qatında bundan daha pis bir vəziyyəti sizə bildirimmi? Allah kimə lənət və qəzəb edərək meymunlar, donuzlar, bütpərəstlər halına salmışsa, bax o kimsələr yer baxımından daha pis və doğru yoldan ən çox azmış olanlardır."